Dekabrın 1-i səhər tezdən Bakı metrosunun enerji təminatında problem yaranıb. Nəticədə Qırmızı və Yaşıl xətlərdə qatarlar ləngiyib, “Bakmil” stansiyasına gediş-gəliş dayanıb.
Medianews.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC bunu “Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranmış fasilə ilə əsaslandırıb.
Bildirilib ki, texniki xidmətlər enerji təminatının bərpası üçün operativ şəkildə iş aparıb, “Nərimanov” elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi qısa müddət ərzində tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi başlanıb, amma qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə edilir.
Yaxın zamanda hərəkətin tam normallaşacağı vurğulanıb.
“Bakı Metropoliteni” QSC yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyib.