Medianews.az
Azyaşlıya qarşı soyğunçuluq etdi,
95 baxış

Azyaşlıya qarşı soyğunçuluq etdi, saxlandı

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə Medianews.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər sakini olan bir nəfər azyaşlı övladına qarşı soyğunçuluq edilməsi ilə bağlı polisə müraciət edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı S.Rzayev saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin şəhər ərazisində yerləşən evlərdən birinin qarşısından velosiped oğurladığı da məlum olub.

Araşdırma aparılır.

Bizə qoşulun