Aprelin 17-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 115,55 dollara satılır.
Medianews.az bildirir ki, bu, dövlət büdcəsində rəsmiləşən qiymətdən 50,55 dollar yuxarı göstəricidir.
Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.
Neft ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən aprelin 8-dək apardığı hərbi əməliyyatlar dalğasında kəskin bahalaşıb.