Medianews.az
“AzəriLayt” bu il 13,43 dollar ucuzlaşıb
178 baxış

“AzəriLayt” bu il 13,43 dollar ucuzlaşıb

Energetika Nazirliyinin 30 dekabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 65,57 dollara satılır.

Medianews.az bildirir ki, bu, ilin start qiymətindən 13,43 dollar aşağı göstəricidir.

Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87, dekabra 66,22 dollarla başlayıb.

2026-cı ilin dövlət büdcəsi bir barrel neftin orta illik ixrac qiymətinin 65 dollar olmasına əsaslanır.

Medianews.az

Bizə qoşulun