Medianews.az
Azərbaycanlı jurnalistin oğlu
93 baxış

Azərbaycanlı jurnalistin oğlu ağır qəzaya düşdü

Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın oğlu Ceyhun avtomobil qəzası keçirib.

Medianews.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə məlumat yayıb. O, qəza zamanı övladının ciddi xəsarət almadığını bildirib:

"Amerikaya tez qayıtmağımın səbəbi Ceyhunun məzuniyyətinə çatmaq idi. Enişə az qalmış Ceyhundan zəng aldım: "Ana, olanlara görə üzr istəyirəm. Mən Niko ilə birlikdə ağır qəza keçirdim".

17 iyun mənim üçün həm qorxu, həm də şükür günü oldu. Ceyhun dostu Niko ilə 15 iyun gecəsi Virciniyada ağır avtomobil qəzası keçirib. Onlar Vest Virciniyada digər dostlarının göl evində, Austinin atasının dəvəti ilə toplanmışdılar.

Bizə qoşulun