Medianews.az
Azərbaycanın görkəmli jurnalistinin 60 yaşı tamam oldu
100 baxış

Azərbaycanın görkəmli jurnalistinin 60 yaşı tamam oldu

Yanvarın 1-i Azərbaycan mətbuatının parlaq siması Hikmət Sabiroğlunun 60 yaşı tamam olur.

Medianews.az xəbər verir ki, Hikmət Sabiroğlu 1966-cı il yanvarın 1-də Şuşa şəhərində doğulub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

“Azadlıq” qəzetində (müxbir, informasiya və siyasət şöbələrinin müdiri, redaktor müavini), “Press-Fakt” qəzetində (müxbir), “Avropa” qəzetində (baş redaktor müavini), “III Sektor” jurnalında (redaktor), Mediaforum.az saytında (baş redaktor müavini), Transparency.az saytında (səhifə redaktoru), Novator.az saytında (baş redaktor müavini) çalışıb.

2007-ci ildə Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri” kitabı çapdan çıxıb. Kitabda jurnalistin uşaqlıq və yeniyetməlik xatirələri, Birinci Qarabağ savaşı və milli azadlıq hərəkatında şahidi olduğu hadisələri əks etdirən silsilə məqalələr toplanıb.

Medianews.az-ın kollektivi Himət Sabiroğlunu 60 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayır.

Medianews.az

Bizə qoşulun