Yanvarda Azərbaycanda 9 milyard 78,7 milyon manatlıq, 2025-ci ilin ilk ayı ilə müqayisədə 1,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi neft-qaz sektorunda 0,6 faiz, qeyri-neft/qaz sektorunda 2,3 faiz artım olduğunu xəbər verir, adambaşına ÜDM-i 884,5 manat göstərir.
Medianews.az bildirir ki, 1996-cı ildə ölkədə ÜDM 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cu ildə 7,4 faiz, 2000-ci ildə 11,1 faiz, 2001-ci ildə 9,9 faiz, 2002-ci ildə 10,6 faiz, 2003-cü ildə 11,2 faiz, 2004-cü ildə 10,2 faiz, 2005-ci ildə 26,4 faiz, 2006-cı ildə 34,5 faiz, 2007-ci ildə 25 faiz, 2008-ci ildə 10,8 faiz, 2009-cu ildə 9,3 faiz, 2010-cu ildə 5 faiz artıb.
2011-ci il 0,1 faiz, 2012-ci il 2,2 faiz, 2013-cü il 5,8 faiz, 2014-cü il 2,8 faiz, 2015-ci il 1,1 faiz, 2017-ci il 0,2 faiz, 2018-ci il 1,5 faiz, 2019-cu il 2,5 faiz, 2021-ci il 5,6 faiz, 2022-ci il 4,6 faiz, 2023-cü il 1,1 faiz, 2024-cü il 4,1 faiz, 2025-ci il 1,4 faiz yüksəlişlə bitib.
1995-ci ildə 11,8 faiz, 2016-cı ildə 3,1 faiz, 2020-ci ildə 4,2 faiz azalma rəsmiləşib.
Toğrul Əli,
Medianews.az