Hazırda Azərbaycanda ümumi təhsil müəssisələrində 1 milyon 682 min 480 şagird təhsil alır.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, onların 1 milyon 507 mini Azərbaycan bölməsində oxuyur.
157 min şagird rus, 15 min şagird ingilis, 2 min 500 şagird türk, 980 şagird isə gürcü bölməsində təhsil alır.