Azərbaycanda 1872 məktəbəqədər təhsil müəssisəsi, 4357 ümumi təhsil müəssisəsi, 87 peşə təhsili müəssisəsi, 63 orta ixtisas təhsili müəssisəsi, 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir.
Medianews.az xəbər verir ki, bu statistika “Azərbaycanda təhsil, elm və mədəniyyət” məcmuəsində açıqlanıb.
Statistika 2024-cü ilin sonuna olan vəziyyəti əks etdirir.
Məcmuədə əhalinin təhsil səviyyəsi ilə bağlı göstəricilər də təqdim olunub.
Rəsmi hesabata görə, 2025-ci ilin əvvəlinə 15 və daha yuxarı yaşda əhalinin hər 1000 nəfərindən 164-nün ali, 91-nin orta ixtisas, 54-nün peşə, 568-nin tam orta, 97-nin ümumi orta təhsili olub.
Toğrul Əli, 
Medianews.az