Medianews.az
Azərbaycan və Ermənistan: haralardan çox gəlirlər?
87 baxış

Azərbaycan və Ermənistan: haralardan çox gəlirlər?

Medianews.az Azərbaycan və Ermənistanın rəsmi turizm statistikasına nəzər salıb.

2025-ci ilin yanvar-noyabr aylarında Ermənistanı 2 milyon 123 min 709 əcnəbi ziyarət edib. Hesabatı yayan Turizm Komitəsi bildirir ki, gələnlərin 41 faizi Rusiya, 13 faizi Gürcüstan, 8 faizi İran, 3 faizi ABŞ, 2 faizi Çin, qalanı başqa ölkələrin təmsilçiləridir.

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin məlumatına görə, yanvar-oktyabr aylarında ölkəyə 2 milyon 171,6 min əcnəbi gəlib, onların 24,4 faizi Rusiya, 17,4 faizi Türkiyə, 8 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, qalanı başqa ölkələrin vətəndaşları olub.

Medianews.az

Bizə qoşulun