Medianews.az
Azərbaycan nefti büdcə qiymətindən neçə dollar bahadır?
135 baxış

Azərbaycan nefti büdcə qiymətindən neçə dollar bahadır?

Aprelin 23-də “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin qiyməti 113,11 dollara yüksəlib.

Medianews.az bildirir ki, bu, büdcədə nəzərdə tutulandan 48,11 dollar yuxarı göstəricidir.

2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.

Neft ABŞ və İsraillə İran arasında fevralın 28-dən artan gərginlik dalğasında kəskin bahalaşıb.

Medianews.az

Bizə qoşulun