Medianews.az
Azərbaycan düşməni erməni alim
84 baxış

Azərbaycan düşməni erməni alim İranda təltif edildi

Ermənistanda Azərbaycana qarşı sərt mövqeyi ilə seçilən bir alimə İranda yüksək akademik status verilib.

Musavat.com xəbər verir ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri, professor Vardan Voskanyan İranın Fars Dili və Ədəbiyyatı Akademiyasının fəxri üzvü seçilib.

Məlumata görə, müvafiq sertifikat fevralın 24-də İDU-da keçirilən mərasimdə İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqulami tərəfindən təqdim olunub.

Qeyd edək ki, Voskanyanın ictimai çıxışları və sosial şəbəkə paylaşımları dəfələrlə açıq anti-Azərbaycan ritorikası ilə müşayiət olunub. Bu baxımdan belə bir şəxsin rəsmi Tehran tərəfindən yüksək akademik statusla təltif olunması diqqət doğurur və suallar yaradır: İran tərəfi Voskanyanı hansı konkret elmi və ya mədəni xidmətlərinə görə fəxri üzv seçib?

Bizə qoşulun