Medianews.az
Azəraycanın xarici ticarətinin bir ili –
108 baxış

Azəraycanın xarici ticarətinin bir ili – Gömrük statistikası

Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycan 2025-ci ildə 180 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 25 milyard dolları, idxal 24,3 milyard dolları ötüb.

Medianews.az bildirir ki, ticarət tərəfdaşlarının ilk beşliyində İtaliya, Türkiyə, Rusiya, Çin və İsveçrə qərar tutub, ixracda İtaliya, idxalda Çin öndə gəlib.

Statistikaya əsasən, ixracın 7,06 faizi MDB ölkələrinə, 67,66 faizi Avropa İttifaqı ölkələrinə, 25,28 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 24,07 faiz, Avropa İttifaqının payı 11,59 faiz, başqa ölkələrin payı 64,34 faiz olub.

Neft-qaz sektoru üzrə 21,4 milyard dollar dəyərində ixrac qeydə alınıb. İlk üçlükdə bu məhsullar da var: meyvə-tərəvəz - 901,5 milyon dollar, plastmas və ondan hazırlanan məmulatlar - 361,2 milyon dollar, kimya sənayesi məhsulları - 316,4 milyon dollar.

İdxalın ilk üçlüyündə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri (3,7 milyard dollar), nəqliyyat vasitələri və onların hissələri (3,1 milyard dollar), yeyinti məhsulları (2,5 milyard dollar) göstərilir.

Medianews.az

Bizə qoşulun