Medianews.az
Ay əslində hansı rəngdədir? -
137 baxış

Ay əslində hansı rəngdədir? - Artemis 2 astronavtları açıqladı

Artemis 2 missiyası çərçivəsində Ayın uzaq tərəfini müşahidə edən astronavtlar Yerdən qayıtdıqdan sonra diqqətçəkən açıqlamalar veriblər.

Medianews.az xəbər verir ki, onların bildirdiyinə görə, Ay sadəcə boz səthdən ibarət deyil, müxtəlif rəng çalarları və teksturalara malikdir.

Xüsusilə bəzi bölgələrdə qəhvəyi və yaşıl tonların müşahidə olunduğu qeyd edilib.

Astronavtlar NASA tərəfindən hazırlanmış xüsusi təlim materialları ilə — 90 səhifəlik “Ay pasportu” ilə hazırlanıb və insan gözünün daha detallı qavrama qabiliyyəti sayəsində robotların aşkar etmədiyi rəng fərqlərini qeydə alıblar.

Aristark yaylası (Aristarchus Plateau) bölgəsində müşahidə olunan yaşıl rəngli mineralların Ayın daxili quruluşu və maqma tərkibi ilə bağlı mühüm ipucları verə biləcəyi ehtimal olunur.

NASA mütəxəssisləri bildirirlər ki, astronavtların səsli qeydləri və vizual müşahidələri süni peyklərin məlumatlarından daha dərin geoloji analiz imkanı yaradır. Bu müşahidələr Ayın vulkanik keçmişi və səth formalaşması haqqında yeni nəticələr ortaya qoya bilər.

Alimlər hesab edirlər ki, bu rəng müxtəlifliyi yalnız elmi maraq doğurmur, həm də Günəş sisteminin erkən formalaşma mərhələlərinin anlaşılmasında mühüm rol oynaya bilər.

NASA yaxın illərdə bu müşahidələrin elmi konfranslarda geniş müzakirə olunacağını və Ayla bağlı mövcud biliklərin yenidən qiymətləndirilə biləcəyini bildirir.

Medianews.az

 

Bizə qoşulun