Medianews.az
Atəşkəs sona çatır:
104 baxış

Atəşkəs sona çatır: İran və ABŞ arasında danışıqlarda ziddiyyətlər artır

İran, ABŞ və İsrail arasında davam edən gərginlik fonunda elan edilən atəşkəs çərşənbə günü başa çatır. İslamabadda keçirilən ilkin danışıqlarda nəticə əldə olunmayıb.

Medianews.az xəbər verir ki, Pakistan mənbələri İran nümayəndə heyətinin ikinci raund danışıqlara qatılmağa razılıq verdiyini bildirsə də, Tehran bu məlumatı təkzib edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ ilə yeni danışıqlar planının olmadığını açıqlayıb. O, Vaşinqtonu atəşkəsi pozmaqda ittiham edərək, yeni hücum olacağı təqdirdə cavab veriləcəyini bildirib.

ABŞ Prezidenti Donald Tramp nümayəndələrin İranla danışıqlara davam edəcəyini deyib. İran Prezidenti Məsud Pezeşkian isə münaqişənin heç bir tərəfə fayda vermədiyini vurğulayaraq, diplomatik həll yollarının vacibliyini qeyd edib.

Məlumata görə, mümkün ikinci raund danışıqlarda ABŞ tərəfdən vitse-prezident Ceyms Devid Vens, xüsusi nümayəndə Stiv Viktof və Cared Kuşnerin, İran tərəfdən isə parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin iştirakı gözlənilir.

Medianews.az

Bizə qoşulun