Medianews.az
Arda Gülərli “Real Madrid” kabus yaşadı -
100 baxış

Arda Gülərli “Real Madrid” kabus yaşadı - FOTOLAR

İspaniya La Liqasının 25-ci həftəsində heyətində Arda Gülərin yer aldığı “Real Madrid” səfərdə “Osasuna”ya 2:1 hesabı ilə məğlub olub.

Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, “Real Madrid” son 15 ildə ilk dəfə “Osasuna”ya məğlub olub.

Qarşılaşma Pamplona şəhərində, Əl-Sadar stadionunda baş tutub və son dəqiqələrdə vurulan qol oyunun taleyini həll edib. Ev sahibinə qələbə qazandıran qolları 38-ci dəqiqədə penaltidən Ante Budimir, 90-cı dəqiqədə Raul Qarsiya vurub. Madrid təmsilçisinin yeganə qoluna isə 73-cü dəqiqədə Vinisius Junior imza atıb.

“Real Madrid”in heyətində çıxış edən Arda Gülər oyuna start heyətində başlayıb və 82 dəqiqə meydanda qaldıqdan sonra yerini Dani Sebalyosa verib.

“Osasuna” La Liqada “Real Madrid”lə keçirdiyi son 21 oyunda qələbə qazana bilməmişdi (6 heç-heçə, 15 məğlubiyyət). Pamplona təmsilçisi bu uzunmüddətli uğursuzluq seriyasına son qoyaraq illər sonra əzəli rəqibi üzərində qələbə sevinci yaşayıb. Son 6 turda məğlub olmayan “Osasuna” xallarının sayını 33-ə çatdıraraq turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

8 oyunluq qələbə seriyası başa çatan “Real Madrid” isə 60 xalla turnir cədvəlinin zirvəsində qalıb.

Bizə qoşulun