Medianews.az
Araşdırma:
117 baxış

Araşdırma: Alzheimer riski ən az olan iki peşə

“Mass General Brigham” tədqiqatı göstərib ki, taksi və təcili yardım sürücüləri Alzheimer xəstəliyindən ölüm riski baxımından ən aşağı göstəricilərə malikdirlər.

Medianews.az xəbər verir ki, alimlər 2020–2022-ci illərdə ABŞ-də 9 milyona yaxın ölüm sənədini analiz ediblər. 348 min nəfər Alzheimerdən ölüb, lakin bu iki peşə sahiblərində göstərici xeyli aşağı olub.

Mütəxəssislərin izahına görə, bu sürücülər daim dəyişən marşrutlarda hərəkət edir, məkan yaddaşını, naviqasiya bacarıqlarını və sürətli qərarverməni işlədirlər. Bu isə hipokampın aktivliyini gücləndirir – Alzheimerin ilk zədələdiyi beyin sahəsini.

Bu nəticələr göstərir ki, gündəlik işdə məkan yaddaşı və naviqasiya bacarıqları beyin sağlamlığını uzunmüddətli qorumağa kömək edə bilər.

Medianews.az

Bizə qoşulun