“Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kin “Atletiko”nun hücumçusu Xulian Alvaresin klubdan ayrılıb “Barselona”da oynamaq istədiyi barədə verdiyi açıqlamasını tənqid edib.
Medianews.az xəbər verir ki, Kin bunu düzgün olmadığını bildirib və futbolçunu klubuna hörmətsizlik etməkdə ittiham edib.
Onun sözlərinə görə, “Atletiko” Alvaresə şans verib və əsas heyətdə oynadıb, buna görə futbolçu hazırda yalnız bu klub üçün oynamağa fokuslanmalıdır. Kin hesab edir ki, açıq şəkildə transfer istəmək və “ən yaxşı qərar budur” demək eqoizmdir.
O vurğulayıb ki, futbolçular hazırda oynadıqları klub üçün mübarizə aparmalı, yalnız sonra transfer barədə danışmalıdırlar.
Medianews.az