Medianews.az
Almaniyanın ən gözəl qadını seçildi -
58 baxış

Almaniyanın ən gözəl qadını seçildi - FOTOLAR

Almaniyada keçirilən “Miss Germany 2026” müsabiqəsinin qalibi müəyyənləşib.

Medianews.az xəbər verir ki, yarışmanın birincisi sosial mediada “Rose Mondy” adı ilə tanınan tanınmış Twitch yayımçısı Dua Faris olub.

26 yaşlı Dua Faris Suriyanın Kamışlı şəhərində anadan olub və kürd əsillidir. O, martın 7-də Münhendə keçirilən final mərhələsində təxminən 2600 iştirakçı arasından seçilərək “Miss Germany 2026” tituluna layiq görülüb.

Uşaq yaşlarında Almaniyaya köçən Faris hazırda sosial media və Twitch platformalarında yüz minlərlə izləyiciyə malikdir. O, qələbəsini sosial şəbəkədə paylaşaraq uğurunu “Hər şey bir xəyalla başladı” sözləri ilə ifadə edib və bu nəticəni gözləmədiyini bildirib.

Faris yarışma zamanı haqqında səsləndirilən tənqidi fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, bir çoxları “O alman deyil, Miss Germany ola bilməz” kimi fikirlər səsləndirib. “Amma nəticədə qalib mən oldum. Artıq heç kim başqa söz deyə bilməz”, – deyə o qeyd edib.

Dua Faris vurğulayıb ki, müsabiqəyə qatılmaqda məqsədi yalnız gözəllik deyil. O, xüsusilə qadınlar və uşaqlarla bağlı sosial məsələlərə diqqət çəkmək və onlara nümunə olmaq istədiyini bildirib.

Qeyd edək ki, müsabiqənin yeni formatına əsasən, ənənəvi tac sistemi ləğv edilib. Qalibə tac əvəzinə üzərində “Miss Germany” yazılmış rəsmi qırmızı lent təqdim olunur.

Medianews.az

Bizə qoşulun