Medianews.az
Allergiyası olanlar əsgər
46 baxış

Allergiyası olanlar əsgər APARILIR?

Hərbi xidmətə çağırış zamanı sağlamlıq vəziyyəti əsas meyarlardan biri kimi qiymətləndirilir. Xüsusilə dəri xəstəlikləri olan şəxslərin hərbi xidmətə yararlılığı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bəs allergik dermatit və bu qəbildən olan digər dəri xəstəliklərinə sahib şəxslər hansı hallarda hərbi xidmətə yararsız hesab olunur?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Allergiya xəstəlikləri (övrə, pollinoz, allergik rinitlər, dermatitlər və s.) olduqda zədələnmiş orqanın və ya sistemin funksiyalarının vəziyyətindən asılı olaraq şəhadətləndirilmə Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddələri üzrə keçirilir:

“Kəskin zəhərlənmələrdən, toksiko-allergik təsirlərdən, kəskin allergik xəstəliklərdən (anafilaktik şok, zərdab xəstəliyi, Layel, Stivens-Conson sindromları), digər xarici amillərin təsirindən sonra hərbi xidmətə və hərbi-uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası, xəstəliyin nəticəsindən və zədələnmiş orqan və ya sistemlərin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddələri üzrə təyin edilir”.

Bizə qoşulun