Medianews.az
İşdən çıxarılmasına səbəb olan şəxsi
75 baxış

İşdən çıxarılmasına səbəb olan şəxsi küçədə döydü

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Babək Lətifovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Medianews.az Pravda.az-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, Babək Lətifov zərərçəkmiş Ərəstun Yusifova (adı, soyadı şərtidir - red.) sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurub.

Hadisə ötən il paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Məlumata görə, zərərçəkmiş şəxs işdən çıxıb evə gedən zaman küçədə əvvəllər tanıdığı B.Lətifovla qarşılaşıb. Görüş zamanı tərəflər arasında əvvəlki münasibətlərdən qaynaqlanan mübahisə yaranıb.

Belə ki, Babək Ərəstunu işdən çıxarılmasında günahlandırıb və bu səbəbdən aralarında gərginlik artıb.

Mübahisə zamanı təqsirləndirilən şəxs aqressiv davranaraq qəsdən zərərçəkmiş şəxsin baş və sifət nahiyələrinə zərbələr endirib. Nəticədə o, Ərəstuna müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib.

Bizə qoşulun