Böyük Britaniyada uşaq bağçasında 14 aylıq körpə körpə gənc tərbiyəçinin ehtiyatsızlığından ölüb.
Medianews.az xəbər verir ki, hadisə 2022-ci ilin dekabrında, Dadli şəhərində baş verib.
20 yaşlı tərbiyəçi körpəni yatızdırarkən onu sıx şəkildə yuxu torbasına büküb və başını yorğanla örtüb. Uşaq sərbəst nəfəs ala bilməyib və boğularaq ölüb. İnsident videomüşahidə kameralarına düşüb. Qadın özünü ehtiyatsızlıqdan adam öldürməkdə günahkar bildiyini etiraf edib və məhkəmə qarşısına çıxarılıb.
Hakimlər onun davranışını “aşkar ehtiyatsızlıq” adlandırıblar. Bağça direktoru həmçinin əməyin mühafizəsi və təhlükəsizliyi tələblərini pozmaqda günahını inkar etməyib.
Məhkəmə işi davam edir.
Medianews.az