Medianews.az
Rusiyada 60-dan çox Ukrayna
83 baxış

Rusiyada 60-dan çox Ukrayna PUA-sı vuruldu

Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə 62 Ukrayna pilotsuz təyyarəsini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hücum 16 aprel saat 20:00-dan 17 aprel saat 7:00-dək dəf edilib.

Dronlar səkkiz bölgədə vurulub. Siyahıya Həştərxan, Belqorod, Bryansk, Voronej, Kursk, Leninqrad, Novqorod vilayətləri və Rusiyanın işğalı altında olan Krım daxildir.

Tələfat və ya dağıntı barədə məlumat yoxdur. Hava hücumundan müdafiə əməliyyatları davam edir.

Qeyd olunur ki, dronlar Leninqrad vilayətində daha aktiv olub./publika.az

Bizə qoşulun