UEFA-nın klub turnirlərinin 2025-2026 mövsümündə 6 ölkənin 12 komandası qalır: Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər biri yarımfinal mərhələsindədir.
Medianews.az bildirir ki, İngiltərə turnirlərdə 4, İspaniya, Almaniya və Fransa 2, Portuqaliya və Ukrayna 1 komanda ilə təmsil olunur.
Çempionlar Liqasında 2 komanda (“Bavariya” və PSJ) titulludur, Avropa Liqası və Konfrans Liqasında isə belə komanda yoxdur.
Avropa Liqasının finalı mayın 20-nə (İstanbul), Konfrans Liqasının finalı mayın 27-nə (Leypsiq), Çempionlar Liqasının finalı mayın 30-na (Budapeşt) təyin olunub.
1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 dəfə qalib olub.
1971-ci ildən keçirilən, 2009-cu ilədək UEFA kuboku adlanmış Avropa Liqasında “Sevilya” 7, “Tottenhem”, “Liverpul”, “Yuventus”, “İnter” (İtaliya) və “Atletiko” 3, “Feyenoord”, “Borussiya” (Mönhenqladbah), “Ayntraxt” (Frankfurt), “Höteborq”, “Real”, “Parma”, “Portu” və “Çelsi” 2, PSV, “İpsviç”, “Anderlext”, “Bayer”, “Napoli”, “Ayaks”, “Bavariya”, “Şalke”, “Qalatasaray”, “Valensiya”, SSKA (Rusiya), “Zenit”, “Şaxtyor” (Ukrayna), “Mançester Yunayted”, “Vilyarreal” və “Atalanta” 1 uğur qazanıb.
2021-ci ildən keçirilən Konfrans Liqasını “Roma”, “Vest Hem”, “Olimpiakos” və “Çelsi” 1 dəfə udub.