ABŞ-də bir sakin təsadüfən evinin damında xizəkçi maskasında naməlum şəxsin gəzdiyini aşkar edib.
Medianews.az xəbər verir ki, hadisə Filadelfiya ştatında baş verib.
Sakin, damda qurduğu kameranı yoxlayıb. Görüntülərdə aprelin 11-i saat ikidə yad adamın evə gəldiyi əks olunub.
Şahidlərin sözlərinə görə, kişi pəncərələri yoxlayıb, fonar ilə evlərin içərisinə baxıb. Qonşulardan biri polisə zəng etsə də, naməlum şəxs qaçaraq gizlənib.
Medianews.az