ABŞ-də naməlum buz parçası göydən düşərək evin damını deşib.
Medianews.az xəbər verir ki, hadisə aprelin 10-u, Kaliforniyanın Uittir şəhərində baş verib.
Buz damı deşərək qonaq otağındakı divana düşüb. Ev sakini İder Qrau həmin an yataq otağında olduğu üçün xəsarət almayıb.
Evin sahibi Taniya Maqana məsələ ilə bağlı lazımi quruma müraciət edib. Uçuş məlumatları hadisə zamanı bölgə üzərindən təyyarə keçdiyini göstərir. Buz parçası dondurucuya qoyulub, onun pis qoxu yaydığı qeyd olunub.
Araşdırma aparılır.
Medianews.az
