Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ali təhsil sistemində dəyişiklik təklif edib.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, o, dövlət hesabına oxuyan tələbələr üçün məcburi bölgü sisteminin tətbiqini təklif edib.
Medinskinin sözlərinə görə, dövlət vəsaiti ilə təhsil alan məzunlar, xüsusilə həkimlər, təhsildən sonra müəyyən müddət regionlarda işləməlidirlər.
Ödənişli əsaslarla oxuyan tələbələr isə iş seçimini sərbəst edə biləcək. Medinski mövcud ali təhsil sistemini “sosializm və kapitalizm arasında qalmış model” kimi dəyərləndirib və məzunların əmək bazarına uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.