Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb.
Medianews.az Apa-ya istinadən xəbər verir ki, akademikin fevral ayında yazdığı ərizə bu gün təsdiqlənib.
Eyni zamanda, bu gün direktor müavini təyin olunan Elçin Vəliyev Geologiya İnstitutunun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.