Eldar Quliyev yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.
Medianews.az bildirir ki, qərar aprelin 23-ü Ağsaqqallar Şurasının Bakıda keçirilən IX Qurultayında qəbul olunub.

Nizamnaməyə əsasən, Ağsaqqallar Şurasının sədri 5 il müddətinə seçilir.
Eldar Quliyev Ağsaqqallar Şurasının 2020-ci ilin sentyabrında keçirilən VIII qurultayında ilk dəfə sədr seçilmişdi.
74 yaşlı Eldar Quliyev Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, iqtisad elmləri doktoru, professordur.