UFC çempionu Şon Striklend Ağ evin ərazisində keçirilən Freedom 250 turniri zamanı tədbir məkanından uzaqlaşdırılıb.
O, ABŞ prezident administrasiyasının qadağasına baxmayaraq, Ağ evin ərazisində yaradılmış azarkeş zonasına daxil olub.
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benjamin Netanyahu barədə səsləndirdiyi fikirlərə görə onun bu tədbirdə iştirakına icazə verilməyib.Nəticədə ABŞ Məxfi Xidmətinin əməkdaşları döyüşçünü ərazidən çıxarmağa məcbur olublar.

