Milli Hidrometeorologiya Xidməti Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı açıqlama yayıb.
Medianews.az-ın məlumatına görə, açıqlamada deyilir ki, iyunun 22-də Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 20-21 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.