Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında vasitəçi qismində anlaşma memorandumuna imza atıb.
Bu məlumatı Pakistan hökumət rəhbərinin dəftərxanası ictimaiyyətə açıqlayıb.
Bildirilib ki, "İslamabad anlaşma memorandumu"nu daha əvvəl İran prezidenti Məsud Pezeşkian və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp imzalayıblar.
Qurum tərəfindən yayımlanan fotoşəkillərdən aydın olur ki, qəbul edilmiş sənəd ümumilikdə 14 bənddən ibarətdir./oxu.az


