Medianews.az
ABŞ üçün ən faydalı müttəfiqi
193 baxış

ABŞ üçün ən faydalı müttəfiqi AÇIQLADI

Amerikalı jurnalist Taker Karlson Rusiyanı ABŞ üçün potensial olaraq ən faydalı müttəfiq adlandırıb.

Medianews.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində açıqlama verib.

 “America First-i nəzərə alıb yalnız ABŞ üçün nəyin yaxşı olduğu prizmasından baxsaq, ən bariz variant Rusiya olacaq. Bu, böyük minerallar, enerji, neft, qaz və qızıl ehtiyatlarına malik dünyanın ən böyük ölkəsidir", - o deyib.

Onun sözlərinə görə, Rusiya həmçinin nəhəng sənaye potensialına və Avropada ən böyük orduya malikdir.

Karlson vurğulayıb ki, Rusiya istənilən münaqişə zamanı ABŞ-yə həqiqətən də kömək edə bilər.

Medianews.az

Bizə qoşulun