ABŞ Prezidenti Donald Trumpın Çin səfərindən sonra Vaşinqtonun İrana qarşı yeni hərbi addımları nəzərdən keçirdiyi iddia olunur.
Medianews.az ABŞ mediasına istinadən xəbər verir ki, əsas müzakirə mövzuları Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatının yenidən başladılması və İran infrastrukturuna mümkün zərbələrdir.
Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında gəmi keçidlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bölgədə fəaliyyətini genişləndirə bilər. Ağ evin İranın nüvə proqramı və bölgədə artan təsiri ilə bağlı narahat olduğu bildirilir.
İddialara görə, İsrail də mümkün əməliyyat ehtimalına görə yüksək hazırlıq vəziyyətinə keçib. İsrail ordusunun yaxın günlərdə gücləndirilmiş təhlükəsizlik rejimində fəaliyyət göstərəcəyi qeyd olunur.
Tehrandan isə sərt reaksiya gəlib. İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-nin təhdidlərinə cavab olaraq bildirib ki, hərbi təzyiq nəticə verməyəcək.
Arakçi deyib: “40 gün bizimlə müharibə apardılar və nəticəsini gördülər. İranla yalnız qarşılıqlı hörmət əsasında danışmaq mümkündür.”
Medianews.az