ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaq daşıyan təyyarə İraqın qərbində qəzaya uğrayıb.
Medianews.az-ın məlumatına görə, təyyarədə azı beş ekipaj üzvünün olduğu bildirilir. Onların taleyi barədə hələlik bir xəbər açıqlanmayıb.
Hadisə martın 13-də baş verib. Qəzaya uğrayan “KC-135 Stratotanker” tipli yanacaq dolduran hərbi təyyarə olub.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, insident “düşmən atəşi və ya dost atəşi nəticəsində baş verməyib”.
Rəsmi məlumata görə, hadisə ABŞ-ın İrana qarşı həyata keçirdiyi “Epik qəzəb” əməliyyatı çərçivəsində qeydə alınıb.
Hazırda axtarış-xilasetmə tədbirləri davam edir.