Medianews.az
92 oyunda neçə qol vurulub?
106 baxış

92 oyunda neçə qol vurulub?

23-cü dünya futbol çempionatı 1/8 final mərhələsindədir. Medianews.az bildirir ki, Mərakeş, Fransa, Norveç və İngiltərə bu raundu dəf edib, qalan cütlüklər belədir:

Portuqaliya – İspaniya

ABŞ – Belçika

Argentina – Misir

İsveçrə – Kolumbiya.

1/8 final iyulun 7-də bitir. Dörddə bir final 9-12 iyula, yarımfinal 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

İyunun 11-dən ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionatın geridə qalmış 92 oyununda 269 qol vurulub. Bunun 14-ü avtoqoldur.

Lionel Messi (Argentina), Kilian Mbappe (Fransa) və Erlinq Holann (Norveç) 7, Harri Keyn (İngiltərə) 6 qola imza atıb.

6 oyunçu 4 qolun, 13 oyunçu 3 qolun, 25 oyunçu 2 qolun, 115 oyunçu 1 qolun müəllifidir.

Əvvəlki 22 çempionatda Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 dəfə zirvəyə yüksəlib.

Medianews.az

Bizə qoşulun