Medianews.az
“56 ölkəyə qarşı döyüşürük”
127 baxış

“56 ölkəyə qarşı döyüşürük”

Ukraynada Rusiyaya qarşı faktiki olaraq 56 ölkə döyüşür, onlar pilotsuz uçuş aparatları (PUA) üçün uçuş tapşırıqlarını təmin edirlər

Bu barədə jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib. 

“Mən burada Almaniyanı ayrıca fərqləndirməzdim. Çünki, bizə qarşı faktiki olaraq 56 ölkə döyüşür”, - o deyib. 

“Müasir peyk sistemləri olmadan məlumatların ötürülməsini təsəvvür etmək mümkün deyil. Bu, həm uçuş tapşırıqlarının qoyulması, həm hərəkət zamanı korreksiyalar, həm də bir çox başqa şeylər deməkdir. Burada təkcə Almaniya deyil, başqa ölkələr də iştirak edib”, - Şoyqu vurğulayıb./"Qafqazinfo"

Bizə qoşulun