Dövlət Statistika Komitəsinin hesabatına görə, 2026-cı il aprelin 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin 5 milyon 108,4 min nəfəri məşğul şəxs kimi rəsmiləşib.
Muzdlu işçilərin sayı martın 1-nə 1 milyon 784 min nəfər göstərilib, onların 30,4 min nəfərinin neft-qaz sektorunda çalışdığı açıqlanıb.
Medianews.az bildirir ki, aprelin 1-nə Dövlət Məşğulluq Agentliyi 246,9 min nəfəri işsiz kimi qeydə alıb.