Medianews.az
50 yaşını keçən şəxslərin
101 baxış

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

Ürək-damar xəstəliklərinin yalnız yaşlı insanlara xas olduğunun düşünülməsinə baxmayaraq, mütəxəssislər bu riskin əslində çox erkən yaşlardan başladığını bildirirlər.

Medianews.az News24.az-a istinadən xəbər verir ki, kardioloqların rəyinə görə, sözügedən xəstəliklər uzun müddət heç bir simptom vermədən, gizli şəkildə inkişaf edə bilir. Son məlumatlar göstərir ki, kişilər ürək-damar xəstəlikləri ilə qadınlara nisbətən daha erkən yaşda qarşılaşırlar.

Amerika Ürək Assosiasiyasının (American Heart Association) jurnalında dərc olunan və ABŞ-də aparılan uzunmüddətli tədqiqatın nəticələri bu faktı təsdiqləyib. Araşdırma çərçivəsində 18-30 yaş arası 5 mindən çox insan 34 il ərzində mütəmadi olaraq izlənilib.

Tədqiqatın nəticələrinə əsasən, kişilərdə ürək-damar riski təxminən 35 yaşdan etibarən artmağa başlayır və xəstəlik orta hesabla 50,5 yaşında özünü büruzə verir. Qadınlarda isə bu göstərici orta hesabla 57,5 yaş olaraq qeyd edilib. Beləliklə, kişilər ürək-damar xəstəlikləri ilə qadınlardan təxminən 7 il əvvəl üzləşirlər.

Mütəxəssislər vurğulayırlar ki, profilaktik müayinələrə erkən yaşlardan başlamaq həyati əhəmiyyət kəsb edir.

Bizə qoşulun