Murad Xudiyev və Bəhruz Əkbərov onlayn qumar oyunlarından əldə edilən 41 milyon manatdan çox vəsaiti bank kartları vasitəsilə leqallaşdırmaqda təqsirləndirilirlər.
Medianews.az 32Gün.az saytına istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsə mütəşəkkil dəstə tərəfindən qanunsuz qumar təşkili və çirkli pulların yuyulması ittihamları elan edilib.
Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməsələr də, cinayət işi üzrə növbəti məhkəmə iclasının aprelin 13-də keçirilməsi qərara alınıb.
Bu ittihamda adı çəkilən Murad Xudiyev vaxtı ilə "Rabitəbank"da çalışıb və burada mühüm vəzifə tutub. O "Rabitəbank"ın Pərakəndə Biznesin inkişafı şöbəsinin eksperti vəzifəsində çalışıb.