Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.
Medianews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 (bundan əvvəl 4 idi - red.) müavini var.
Qeyd edək ki, nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
Xatırladaq ki, hazırda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir.