Medianews.az
Gəncədə qəza olub, xəsarət alanlar var -
58 baxış

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az Apa-ya istinadən xəvər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan iki "KİA"markalı minik avtomobili toqquşub. Qəzadan sonra avtomobillərin biri idarəetmədən çıxaraq yol kənarında ağaca çırpılıb.

Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza baş verən ərazidə tıxac yaranıb, əraziyə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun