"Atasığorta" ASC-nin bazarı tərk etməsi istiqamətində növbəti addım atılıb.
Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, bu gündən şirkətin lisenziyasının qüvvəsini məhdudlaşdırılıb.
Bu, "Sığorta fəaliyyəti haqqında" qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında "Atasığorta"ya "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası", "Avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası", "Əmlakın yanğından və digər risklərdən sığortası", "Fərdi qəza sığortası", "Könüllü tibbi sığorta", "Səyahət sığortası", "Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası", "Daşınmaz əmlakın icbari sığortası", "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" və "Auditorların peşə məsuliyyətinin icbari sığortası" növlərinə verilmiş icazələrin ləğv edilməsi hesabına baş verib.
Qanunun 105.3-cü maddəsinə əsasən sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.