Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxsi işdən çıxıb.
Bununla bağlı icra başçısı Faiq Qürbətov əmr imzalayıb.
Əmrə əsasən, Bəhruz Mirzəzadə Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri vəzifəsindən azad edilib.
Xatırladaq ki, B.Mirzəzadə 2023-cü ilin martından bu vəzifədə çalışırdı.//İqtisadiyyat.az
