Medianews.az
Məşhur aktyor
53 baxış

Məşhur aktyor VƏFAT ETDİ

Britaniyalı aktyor Tom Corcson 88 yaşında dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.

Qeyd olunur ki, aktyor əsasən BBC televiziya seriallarında ikinci plan rolları ilə tanınıb. O, xüsusilə “Doctor Who”, “Midsomer Murders” və “Poirot” kimi məşhur layihələrdəki rolları ilə tamaşaçıların yaddaşında qalıb.

Aktyorun ölüm səbəbi hələlik açıqlanmayıb.

Tom Corcson Liverpul şəhərində anadan olub. Onun yaradıcılıq fəaliyyəti əsasən 1980–1990-cı illəri əhatə edir. Filmoqrafiyasında “Between the Lines” kimi layihələrlə yanaşı, müasir dövrdə çəkilən “Foylun müharibəsi” serialında da diqqətçəkən obrazlar canlandırıb.

Aktyorun vəfatı Britaniya televiziya sənəti üçün itki kimi qiymətləndirilir.

Bizə qoşulun