Medianews.az
Bu ailələrə sosial yardım VERİLƏCƏK  -
95 baxış

Bu ailələrə sosial yardım VERİLƏCƏK - DİQQƏT!

Sosial yardımın təyin olunma qaydası açıqlanıb – mütəxəssis rəyi

Bildiyimiz kimi,Azərbaycanda ehtiyaclı şəxslərə sosial yardım verilir.

Mütəxəssislər sosial yardımın alınması proseduru ilə bağlı vacib məqamları açıqlayıblar.

Medianews.az xəbər verir ki,sosial yardım almaq üçün ailəni təmsil edən şəxs mütləq yetkinlik yaşına çatmış və əmək qabiliyyətli olmalıdır.

Qeyd olunur ki, həmin şəxs əvvəlcə yaşayış yeri üzrə ailə tərkibi haqqında arayış almalı, daha sonra bu sənəd əsasında notariat orqanına müraciət edərək sosial yardım üçün ərizəsini təsdiqlətdirməlidir. Təsdiq prosesi başa çatdıqdan sonra müraciət elektron qaydada təqdim olunmalıdır.

Mütəxəssislərin sözlərinə görə, sosial yardım ailəyə bir il müddətinə təyin edilir və ödəniş müraciət edilən ayın birindən hesablanır.

Hansı ailələrin sosial yardım almaq hüququ var?

Ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin səbəblərə daxildir:

ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması,müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.

Sosial yardımın məbləği necə müəyyənləşdirilir?

Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

Qeyd edək ki, bu mexanizm sosial dəstəyin daha şəffaf və ünvanlı şəkildə çatdırılmasına, eyni zamanda ailə üzvlərinin hüquqlarının qorunmasına xidmət edir.

Bizə qoşulun