Medianews.az
Sənədsiz evi olanlara pis xəbər:
78 baxış

Sənədsiz evi olanlara pis xəbər: Bundan sonra...

Xəbər verdiyimiz kimi, Azərbaycanda torpaq sahələrində sənədsiz və qanunsuz tikinti hallarına qarşı nəzarət gücləndirilib. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı mülkiyyət və ya istifadə hüququ olmadan həyata keçirilən tikinti faktları aşkar edildikdə, həmin hallar rəsmiləşdirilərək müvafiq tədbirlər görülür.
Vəkil Amid Əsgərov AZXEBER.COM-a açıqlamasında bildirib ki, icazə alınmadan tikinti edən şəxslər müəyyən məbləğdə cərimə olunurlar:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icazə alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 395.1-2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər min 500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir”.
 
 
Vəkil qeyd edib ki, bəzi hallarda azadlığdan məhrum etmə cəzası da tətbiq olunur:
"Bundan başqa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma – 8000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 188.2-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma – 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə - 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Bizə qoşulun