Medianews.az
Mərkəzi Bankın sədri 13 ekspertlə <span style=color:red>nədən danışıb?
193 baxış

Mərkəzi Bankın sədri 13 ekspertlə nədən danışıb?

İyulun 23-də Mərkəzi Bankın sədri Taleh Kazımovun 13 ekspertlə görüşü olub. Medianews.az görüşdə iştirak etmiş hüquqşünas Əkrəm Həsənovdan açıqlama alıb. Ə.Həsənov deyib: “Bu görüş ənənəni dəyişdi. Əvvəllər ildə iki görüş olurdu. Bu görüş isə cari ildə artıq ikinci idi. Taleh Kazımov hər mətbuat konfransından sonra ekspertlərlə görüşü ənənəyə çevirməyi təklif etdi. Bu isə o deməkdir ki, ildə dörd görüş olacaq. Əvvəllər də qeyd etdiyim kimi, heç bir dövlət qurumu rəhbərinin bu cür görüşlər keçirmək təcrübəsi yoxdur. Dövlət Vergi Xidmətinin rəhbəri bir dəfə uğursuz cəhd etdi, onunla da iş bitdi”. Ə.Həsnov vurğulayıb ki, söhbət yalnız saydan da getmir: “Əsas odur ki, görüşlər səmimi və açıq müzakirə şəraitində keçir, baş bankir heç bir sualdan yayınmır, mövqeyini tam və dolğun bildirir. 23 iyul görüşündə pul siyasəti, manatın məzənnəsi, kart hesablarından pulların oğurlanması və başqa aktual məsələlər müzakirə olundu. Ötən görüşdə qaldırılan məsələnin aqibəti ilə maraqlandım. Söhbət işçilərin istənilən bankdan əmək haqqı kartı ala bilməsi imkanından gedir. Taleh müəllim bildirdi ki, bu istiqamətdə iş gedir və ilin sonuna nəticə gözlənilir”. Xatırladaq ki, Mərkəzi Bankın sədri Taleh Kazımov bundan əvvəl ekspertlərlə aprelin 23-də görüşüb. Həmin görüşdə 9 ekspert iştirak edib. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun