Medianews.az
“Ömrünə sayılı saatlar qalsa da həkimlərlə zarafat edirdi, babama deyirdilər ki, “o kəpənəyi nə vaxt tutacaqsız?”- <span style=color:red>FOTO
302 baxış

“Ömrünə sayılı saatlar qalsa da həkimlərlə zarafat edirdi, babama deyirdilər ki, “o kəpənəyi nə vaxt tutacaqsız?”- FOTO

“Təbii ki, hansı məşhur sənətkarımızın övladından, nəvəsindən soruşsanız ki, babanızı sənətkar kimi çox sevirsiz yoxsa baba kimi? Əlbəttə ki, birmənalı olaraq “baba kimi çox sevirik” cavabı veriləcək. Mənim üçün də Mirzə Babayev hər şeydən öncə bir baba idi. Biz uşaq idik, onun Mirzə Babayev olduğunu çox gec anladıq. Əlbəttə ki, uşaq yaşlarından bunu bilirdik, amma önəm vermirdik. Hər kəs onu çox sevirdi. İstər çöldə, küçədə gedəndə, insanların ona münasibətini görüb sevinirdik. Bu zaman anlayırdıq ki, Mirzə Babayev böyük sənətkardır. Onu atamız kimi qəbul edirdik. Tərbiyəmizdə, həyatda püxtələşməyimizdə onun rolu əvəzsiz olub. Bizim evimizə tanımadığımız insanlar da gəlirdilər. Bilirdilər ki, Mirzə dayı hamıya əl tutandır. Babam insanların dərdi, problemləri ilə maraqlanırdı, çalışırdı ki, onları həll etsin” Bunu Medianews.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev deyib. O bildirib ki, babası öz ölkəsini, ölkəsinin vətəndaşlarını çox sevirdi: “Azərbaycan estrada tarixində ilk duet babamın “Onu bağışlamaq olarmı?” filmindəki Şövkət xanımla birlikdə oxuduğu mahnı olub. Bundan sonra ilk dueti isə Flora xanımla birlikdə oxuyub. Babamı Türkiyəyə dəvət etmişdilər. Deyirdilər ki, “köç Türkiyəyə, sənə şərait yaradacağıq, sənətlə ürəyin istəyən kimi məşğul olarsan”. Azərbaycanı çox sevdiyi üçün heç bir ölkəyə köçməyib. Babamın ən çox sevdiyi əsəri “Azərbaycan” mahnısı idi. Onun insanlara münasibəti çox sadə idi. Nə qədər böyük sənətkar olsa da, uşaqla-uşaq, böyüklə böyük idi. Biri deyirdi ki, “ay Mirzə müəllim, o kəpənəyi nə vaxt tutacaqsız?”, biri soruşurdu ki, “nə qədər kəpənəyin arxasınca düşəcəksiz?”. Hər birinə də böyük səbrlə cavab verirdi. Ölkəsini sevdiyi kimi, öz ölkəsinin vətəndaşlarını da sevirdi”. Emin Babayev babasının son günlərindən də danışıb: “Babam deyirdi ki, “atam 104 yaşına kimi yaşadı, mən də istəyirəm 100 yaşımı səhnədə qarşılayım”. Səhnədə oxumağı da arzulayırdı. 89 yaşında balıqdan zəhərlənir və Bakı Dövlət Universitetinin qarşısında konsert verərkən, səhnədə huşunu itirib yıxılır. Mənə tez zəng etdilər ki, yıxılıb, gəlin. Onun daxili qanaxması oldu. Ağır xəstələnsə də ayağa qalxdı. Ondan sonra 2 il yaşadı. Bu 2 il ərzində Vüsalə Əsgərova ilə duet yazdırdı. Son gününə qədər sənətlə məşğul olurdu. Özü də deyirdi ki, “mən oxuyanda yaşayıram, oxumayanda yaşamıram”. Hətta o qədər pozitiv idi ki, tibb bacıları ilə belə zarafat edirdi, danışıb-gülürdü. Həkim isə deyirdi ki, ömrünə sayılı saatlar qalıb”. Əli Əsgər, Medianews.az

Bizə qoşulun