M.Əsədullazadə hesab edir ki, Ə.Vilayətinin açıqlaması Azərbaycanın xarici siyasətinə kobud müdaxilədir: “Göründüyü kimi, İran prezidentinin Azərbaycana səfərinə baxmayaraq İrandakı mühafizəkar dairə Azərbaycana açıq düşmənçilik siyasətini davam etdirir.
Əslində, İran uzun illər Ermənistana açıq dəstək verməklə müsəlman birliyinə böyük zərbə vurub. Tehran rejimi Pakistan-Azərbaycan müttəfiqliyindən narahat olaraq Bakını hədəf götürüb. İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri və keçirilən müsbət görüşlərinə baxmayaraq İranda mühafizəkar dairə öz ənənəvi anti-Azərbaycan siyasətindən geri çəkilmir. Tehran rejiminin bu siyasəti davam edəcək. Güney Azərbaycan faktoru var və İranın Azərbaycan Respublikasına siyasəti hamar olmayacaq”.
Toğrul Əli,
Medianews.az
15.07.2025, 13:55
242 baxış
Azad
“Rəsmi Bakı buna görə İrandan izahat tələb etməlidir” – Siyasi şərhçi
“Rəsmi Bakı İrandan bununla bağlı izahat tələb etməlidir”. Politoloq Məhəmməd Əsədullazadə İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Pakistanın daxili işlər naziri Seyid Möhsün Nəqvi ilə görüşdə söylədiklərini Medianews.az-a şərh edərkən belə deyib.
Xatırladaq ki, müşaviri Əli Əkbər Vilayəti görüşdə rəsmi Bakının xarici siyasətindən gileylənərək pakistanlı nazirə belə deyib: “Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti islam dünyasının fikirlərinə zidd olan tədbirlər görür”.

Paylaş: